İstambulda keçirilən beynəlxalq konfransda azərbaycanca çıxış etməyim Türk millətçilərini üstümə qaldırdı.
Mart ayının 13-də artıq Türkiyənin İstambul şəhərində idim. Sultaniyyə deyilən yerdə Türk Dış Politikası adlı beynəlxalq konfrans başlayırdı. Səhər saatlarında konfrans keçiriləcək yerə çatdım. Xeyli gənc alim və tədqiqatçı toplaşmışdı. Hamı səbirsizliklə konfransın rəsmi açılışını gözləyirdi. Azərbaycandan da 5-6 gənc araşdırmaçı iştirak edirdi, hamısı ilə yaxınlaşıb görüşdüm, hal-əhval tutdum. Açılışdan öncə ayaqüstü digər iştirakçılarla Türkiyə, Kipr, Qırğızıstan, Belarus, Kosova, Macarıstan, Makedoniya, İrak, Ukrayna, ...